Zəlzələ BAŞ VERDİ
13 Dekabr 2025, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
932
12.02.2025, 15:56
İşğaldan azad olunmuş ərazilərdə ödənişli əsaslarla təhsil alan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarından irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Sözügedən Tədbirlər Planına əsasən, həmin ərazilərdə məskunlaşan əhaliyə münasibətdə peşə hazırlığının və tədrisinin təşkili ilə bağlı 2024-2026-cı illər ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Həmçinin oxuyun
Təqdim olunan qanun layihəsi də işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçiriləcək tədbirlərdən biri kimi həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədilə hazırlanıb.
Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsilhaqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil.
Layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış Azərbaycan vətəndaşlarının təhsilhaqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.
21:58 / 13 Dekabr 2025
1
21:34 / 13 Dekabr 2025
167
21:21 / 13 Dekabr 2025
34
21:19 / 13 Dekabr 2025
37
21:15 / 13 Dekabr 2025
36
21:02 / 13 Dekabr 2025
39
20:49 / 13 Dekabr 2025
216
20:44 / 13 Dekabr 2025
50
20:36 / 13 Dekabr 2025
50
20:26 / 13 Dekabr 2025
58
20:01 / 13 Dekabr 2025
218
19:53 / 13 Dekabr 2025
68
19:21 / 13 Dekabr 2025
329
19:16 / 13 Dekabr 2025
100
18:32 / 13 Dekabr 2025
951
18:12 / 13 Dekabr 2025
159
18:02 / 13 Dekabr 2025
106
17:43 / 13 Dekabr 2025
1583
17:09 / 13 Dekabr 2025
104
16:55 / 13 Dekabr 2025
332
15:58 / 13 Dekabr 2025
112
15:47 / 13 Dekabr 2025
101
15:39 / 13 Dekabr 2025
124
15:08 / 13 Dekabr 2025
2837
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.